• şənbə, 27 Aprel, 04:21
  • Baku Bakı 14°C

Orxan Zeynalovdan 5 milyon təzminat istəyirlər

30.06.14 09:25 780
Orxan Zeynalovdan 5 milyon təzminat istəyirlər
Artıq məhkəmə binasının ətrafında xüsusi təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, bundan əvvəl keçirilən hazırlıq iclasında Orxan Zeynalov barəsindəki həbs qətimkan tədbirinin müddəti 6 ay uzadılıb. İyunun 19-da keçirilən hazırlıq iclasında isə məlum olmuşdu ki, Yeqor Şerbakovun atası oğlunun ölümünə görə mənəvi zərər kimi Orxan Zeynalovdan 5 milyon rubl təzminat tələb edir.
Qeyd edək ki, istintaqın versiyasına görə 2013-cü il oktyabrın 10-da sərxoş vəziyyətdə olan Orxan Zeynalov əhəmiyyətsiz səbəbi bəhanə edərək 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu bıçaqla qətlə yetirib. İstintaqla müəyyən olunub ki, bıçaq yaralarından başqa Orxan Zeynalov əlləri ilə Y. Şerbakova azı 20 dəfə zərbə endirib.
Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib./modern.az/
banner

Oxşar Xəbərlər