Orxan Zeynalova qarşı zorakılıq Dumada müzakirə ediləcək?

Orxan Zeynalova qarşı zorakılıq Dumada müzakirə ediləcək?

Cəmiyyət
29 Oktyabr 2013, 09:06 957
“Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı proseslər, saxlanma şəraiti, istintaqın gedişi nəzarətimiz altındadır”.

APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

Elmira Süleymanova deyib ki, Rusiya ombudsmanı onun Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirləndirilən Orxan Zeynalovun saxlanılması zamanı zorakılıqlarla məruz qalması barədə müraciətinə cavab verib: “Rusiya ombudsmanı məsələnin parlamentdə müzakirəsini təklif edib. Bu, çox yaxşı haldır. Biz ümumiyyətlə, Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı məsələləri nəzarətdə saxlamağa çalışırıq”.