• cümə, 19 Aprel, 13:27
  • Baku Bakı 25°C

Orxan Zeynalova görə Azərbaycandan üzr istədilər

19.10.13 11:47 2141
Orxan Zeynalova görə Azərbaycandan üzr istədilər
Rusiyanın bir sıra hüquq müdafiəçiləri Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı edilən kobud rəftarla bağlı şikayət ediblər.
Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumatda bildirilib ki, səfirliyə daxil olan şikayət məktublarında Orxan Zeynalov həbs edilərkən zaman təqsirsizlik prezumpziyasının tələblərinin ciddi pozulduğu qeyd olunub.
Səfirlik şikayət məktubların birinin mətnini açıqlayıb. Məktubda deyilir:
“Polisinin hərəkətinə, əli qandallı adamı təpik altına salmasına heç bir hüquqi qiymət vermək olmur. Saxlanılan şəxsin əvvəlcədən günahkar kimi qələmə verilməsi qanunauyğun deyil. Ona görə də, mən Antonov Sergey Mixayloviç Rusiyada belə hökumətin və hüquq-mühafizə orqanlarının olduğuna görə üzr istəyirəm. Biz rusiyalılar da hökumət strukturlarının qeyri-professionallığından və insan hüquqları sahəsində özbaşınalıqdan əziyyət çəkirik.
Şəxsən mən, sizin həmyerlinizin Kolokoltsevin və onun rəhbərlərinin qarşısında köməksiz vəziyyətdə qalmasından kədərləndim. Mən azərbaycanlılarla bir yerdə çalışmışam. Onlar haqqında heç bir pis şey deyə bilmərəm. Lakin heç vaxt ermənini “xarrat dəzgahı”nın arxasında görməmişəm. Hesab edirəm ki, bazarlara olan hücum və sizin vətəndaşınızın həbs olunması növbəti konfliktin alovlandırılması üçün dəqiq planlaşdırılmış aksiyadır.
Sizdən xahiş edirəm ki, həmyerlinizi çətin vəziyyətdən çıxmağa yardım edəsiniz. Müdafiəsiz insanı şillə-təpik altına salan polislərə qarşı beynəlxalq səviyyədə bütün tədbirlər görülməlidir”.
banner

Oxşar Xəbərlər