Orxan Zeynalov özünü müdafiə etdiyini bildirir - Vəkil

Orxan Zeynalov özünü müdafiə etdiyini bildirir - Vəkil

Cəmiyyət
01 Noyabr 2013, 12:52 787
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu onun vəkili Viktor Anikuşkin deyib.

Vəkil bildirib ki, müdafiəçisi olduğu şəxs bunu qətl saymır, sadəcə olaraq, O. Zeynalov özünü müdafiə etdiyini söyləyib: “Hər şey söz atmaqdan başlayıb, zərərçəkən Zeynalovu təhrik edib, bundan sonra o, Şerbakovu vurmağa başlayıb”.

Xatırladaq ki, qətl hadisəsi oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda baş verib.