• cümə axşamı, 28 mart, 14:24
  • Baku Bakı 16°C

Orxan Zeynalov məhkəmədə: “Mən qətl törətməmişəm”

17.10.13 15:13 1561
Orxan Zeynalov məhkəmədə: “Mən qətl törətməmişəm”
Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov məhkəmədə cinayəti törətdiyini inkar edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəsini fiziki təzyiq altında verdiyini söyləyib.
Qeyd edək ki, Moskvanın Presnenski Rayon Məhkəməsində Orxan Zeynalovun barəsində həbs qəti-imkan tədbirinin seçilməsinə baxılır.
banner

Oxşar Xəbərlər