AZE | RUS | ENG |

Orxan Fikrətoğlu “Halbuki” adlı yeni telelayihədə

Orxan Fikrətoğlu “Halbuki” adlı yeni telelayihədə
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir sevilən sima ilə tamaşaçı görüşünə gəlir

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə məşhur publisist, teleaparıcı Orxan Fikrətoğlu "Halbuki” adlı yeni telelayihədə günün  əsas xəbərini şərh edəcək.  

Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər. 

Xüsusilə dövlətçiliyin təməl prinsiplərinin qorunmasına xidmət edəcək "Halbuki”   prioritet əhəmiyyət kəsb edən mövzuları İctimai Televiziya efirinə daşıyaraq auditoriyanın maarifləndirilməsinə çalışacaq. 

Televiziyanın İnformasiya Departamentinin nəzdində yer alacaq veriliş 17-sentyabrdan etibarən həftə içi hər gün saat 20:50-də efirə çıxacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000