• cümə, 19 Aprel, 18:00
  • Baku Bakı 24°C

Orucluğa görə Afrika kubokunun vaxtı dəyişdi

28.01.19 15:22 601
Orucluğa görə Afrika kubokunun vaxtı dəyişdi
2019-cu ildə keçiriləcək Afrika kubokunun keçirilmə vaxtı dəyişib.
Kaspi.az xəbər verir ki, turnir iyunun 3-də başlamalı idi. Ancaq təşkilatçıların qərarına görə, turnirə iyunun 19-da start veriləcək.
Buna səbəb isə Ramazan ayıdır. Bir neçə ölkə təşkilatçılara müraciət edərək, Ramazan ayından sonra futbolçuların bərpa olunması üçün bir neçə gün əlavə vaxt istəyiblər.
Təşkilatçılar həmin ölkələrin istəyini nəzərə alaraq, turnirin startını 6 gün sonraya təyin ediblər. Beləliklə, Afrika kuboku iyunun 19-da başlayıb iyulun 21-də yekunlaşacaq.
Bu il Afrika kuboku Misirdə keçiriləcək.
banner

Oxşar Xəbərlər