Orta yaş həddi 73... FƏLAKƏT

Orta yaş həddi 73... FƏLAKƏT

Cəmiyyət
16 Noyabr 2012, 14:57 1997
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə alimlərin orta yaş həddi ilə bağlı vəziyyəti “fəlakətli”adlandırıb.

APA-nın məlumatına görə, institutun dünən keçirilən Elmi Şurasında çıxış edən A.Əlizadə bildirib ki, hazırda rəhbərlik etdiyi qurumda 30 elmlər doktoru, 97 elmlər namizədi var: “İnstitutun elmlər doktorlarının orta yaş həddi 73, elmlər namizədlərinin orta yaş həddi isə 61-dir. Bu, fəlakətdir. Biz bu vəziyyətlə əlaqədar ölçü götürməliyik, Akademiyaya gənc kadrları cəlb etmək lazımdır”.
AMEA-nın vitse-prezidenti AMEA-nın gəncləşməsi üçün təklifini də açıqlayıb: “Akademiyanın öz universitetinin və liseyinin yaranması üçün çox böyük zərurət yaranıb. AMEA-nın liseyi yaradılmalı, oradan universitetinə qəbul aparılmalı, buranı bitirən elmi kadrlar isə AMEA-ya cəlb edilməlidir”.