• çərşənbə, 24 Aprel, 05:18
  • Baku Bakı 14°C

Orta məktəblərdə şagirdlərin daha çox yüklənməsindən narahatlıq

26.08.19 18:15 2772
Orta məktəblərdə şagirdlərin daha çox yüklənməsindən narahatlıq
Belarus Prezidenti Aleksandr Lukaşenko orta məktəblərdə dərs yükü və ev tapşırıqlarının çoxluğundan narazıdır.
AZƏRTACBELTA-ya istinadla xəbər verir ki, A.Lukaşenko ölkənin Təhsil naziri İqor Karpenkonun hesabatını dinlədikdən sonra əsas diqqəti uşaqların dərs yükünün çoxluğuna yönəldib.
"Biz elə etməliyik ki, uşaqlar məktəbin özündə bilik qazansın, ev tapşırıqları əsasən məktəbdə yerinə yetirilməlidir. Uşaq 5-6 saat orta məktəbdə oxuduqdan sonra elə bu müddətdə də evdə dərslərin yükünü çəkməməlidir. Bu, anormallıqdır, uşaqları zədələyirik”,- deyə Belarus Prezidenti əlavə edib.
A.Lukaşenko Təhsil nazirinə bununla bağlı xüsusi tapşırıq verib.
banner

Oxşar Xəbərlər