• şənbə, 20 Aprel, 10:40
  • Baku Bakı 14°C

Orta məktəblərdə dərslik çatışmır? - Təhsil Nazirliyinin cavabı

14.09.18 21:18 685
Orta məktəblərdə dərslik çatışmır? - Təhsil Nazirliyinin cavabı
Təhsil Nazirliyi bu il orta məktəblərdə dərslik çatışmazlığının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Nazirıikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bütün ümumi təhsil məktəblərinə dərsliklər onların cari ildəki tələbatına əsasən çatdırılıb.
Məlumatda həmçinin deyilir ki, dərslik çatışmazlığı bəzi rayonlarda əhalinin miqrasiyası səbəbindən şagirdlərin artımı baş verəndə müşahidə oluna bilir. Bunun da qarşısının alınması məqsədilə KIV-lərdə və sosial şəbəkələrdə dəfələrlə şagird və valideynlərə (yaxud qanuni nümayəndələrinə) sentyabrın 3-dən məktəblərə gedib dərsliklərini əldə etmələri barədə müraciətlər edilir: "Məktəbini dəyişən uşaqlar təhsil alacaqları məktəblərə nə qədər tez müraciət edib dərsliklərini əldə etsələr, yarana biləcək dərslik çatışmazlığı bir o qədər də tez həll olunmuş olar. Qaydaya görə məktəblərdə yaranacaq dərslik çatışmazlığı aidiyyəti üzrə rayon/şəhər təhsil şöbəsinə bildirilməli, təhsil şöbəsi həmin çatışmazlığı digər məktəblərdəki artıq qalan dərslik hesabına həll edə bilməyəndə isə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etməlidir".
Qeyd edilir ki, yarana biləcək dərslik çatışmazlığını operativ aradan qaldırmaq məqsədilə cari ildə bütün Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə əlavə dərsliklər ayrılıb.
banner

Oxşar Xəbərlər