AZE | RUS | ENG |

Orta məktəblərdə dərslik çatışmır? - Təhsil Nazirliyinin cavabı

Orta məktəblərdə dərslik çatışmır? - Təhsil Nazirliyinin cavabı
Təhsil Nazirliyi bu il orta məktəblərdə dərslik çatışmazlığının olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Nazirıikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bütün ümumi təhsil məktəblərinə dərsliklər onların cari ildəki tələbatına əsasən çatdırılıb. Məlumatda həmçinin deyilir ki, dərslik çatışmazlığı bəzi rayonlarda əhalinin miqrasiyası səbəbindən şagirdlərin artımı baş verəndə müşahidə oluna bilir. Bunun da qarşısının alınması məqsədilə KIV-lərdə və sosial şəbəkələrdə dəfələrlə şagird və valideynlərə (yaxud qanuni nümayəndələrinə) sentyabrın 3-dən məktəblərə gedib dərsliklərini əldə etmələri barədə müraciətlər edilir: "Məktəbini dəyişən uşaqlar təhsil alacaqları məktəblərə nə qədər tez müraciət edib dərsliklərini əldə etsələr, yarana biləcək dərslik çatışmazlığı bir o qədər də tez həll olunmuş olar. Qaydaya görə məktəblərdə yaranacaq dərslik çatışmazlığı aidiyyəti üzrə rayon/şəhər təhsil şöbəsinə bildirilməli, təhsil şöbəsi həmin çatışmazlığı digər məktəblərdəki artıq qalan dərslik hesabına həll edə bilməyəndə isə müvafiq Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etməlidir". Qeyd edilir ki, yarana biləcək dərslik çatışmazlığını operativ aradan qaldırmaq məqsədilə cari ildə bütün Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinə əlavə dərsliklər ayrılıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8968
GEL 1 1 Gürcüstan larisi 0.6294
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1937
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1803
CHF 1 1 İsveçrə frankı 1.6664
KWD 1 1 Küveyt dinarı 5.5853
TRY 1 1 Türkiyə lirəsi 0.2888