• çərşənbə axşamı, 16 aprel, 13:36
  • Baku Bakı 19°C

Orta məktəb yaxınlığındakı mağazada narkotik satılırmış

09.01.14 15:57 1175
Orta məktəb yaxınlığındakı mağazada narkotik satılırmış
Azərbaycanda orta məktəbin yaxınlığında narkotik vasitələrin satışını həyata keçirilən mağaza aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxs yaxalanıb:
“Şirvan şəhər sakini, 36 yaşlı Rahim Qarayevin şəxsi ərzaq mağazasında narkotik maddə satması barədə əməliyyat məlumatı əldə edilib. Dərhal polis əməkdaşları onu cinayət başındaca yaxalayıblar. Araşdırmalarla müəyyən edilib ki, Rahim Qarayev özünə məxsus mağazada ərzaq və digər məhsullarla yanaşı, xeyli müddətdir ki, marixuana da satırmış. Rahim Qarayev bildirib ki, o, tanımadığı şəxslərdən əldə etdiyi qurudulmuş marixuananı bükümlərə ayıraraq mağazasındakı piştaxtanın altında gizlədib və müştərilərə hər bükümünü 10-20 manat arasında satıb. Sonuncu dəfə isə bir büküm marixuananı satarkən tutulub”.
Mağazaya baxış keçirilərkən bir neçə bükümdə marixuana, narkotik maddələri qəbul etmək üçün xeyli sayda “Kazbek” siqaretləri, satışdan əldə edilən külli miqdarda nağd pul və digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Qeyd edək ki, narkotik maddə satılan bu mağaza Şirvan şəhər 10 saylı orta məktəbin yaxınlığında yerləşir.
Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.
banner

Oxşar Xəbərlər