• cümə, 29 Mart, 13:04
  • Baku Bakı 14°C

Orta ixtisas təhsili üzrə kadr hazırlığı sahəsində tədbirlər həyata keçiriləcək

28.11.18 11:23 568
Orta ixtisas təhsili üzrə kadr hazırlığı sahəsində tədbirlər həyata keçiriləcək
Nazirlər Kabinetinin qərarlarına əsasən 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profilə uyğun olaraq ali təhsil müəssisələrinin nəzdinə verilib. Həmin kolleclərə ali məktəblərin ixtisasları unitifikasiya olunub.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Müəllimlərinin XV qurultayında çıxış edərkən deyib.
Onun sözlərinə görə, növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl təcrübə əsasında, Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.
C.Bayramov qeyd edib ki, son illərdə məktəbəhazırlılığın əhatəliliyi səviyyəsi əsaslı şəkildə artıb. 2020-ci ildə bunun 90 faizə çatdırılması hədəf olaraq seçilib: "Bu tədris ilində 2 140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 10-11-ci siniflər üzrə təhsil alanların 28 faizini təşkil edib. İlkin təhlillər göstərir ki, təmayüllü məktəbləri bitirən şagirdlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərirlər".
Nazir əlavə edib ki, respublika fənn olimpiadalarının iştirakçılarının sayı təxminən 5 dəfə artıb.
Onun sözlərinə görə, son 5 ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib. 1-ci siniflərə qəbul olan şagirdlərin sayı 230 mindən çox artıb. Son 5 il ərzində şagird-müəllim nisbəti xeyli artıb.
banner

Oxşar Xəbərlər