• cümə, 26 Aprel, 18:17
  • Baku Bakı 22°C

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başa çatır

03.09.18 11:45 466
Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisas seçmək hü­ququ olan abitu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçibwww.eservices.dim.gov.az/erizetex/ixtisas2internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.
banner

Oxşar Xəbərlər