AZE | RUS | ENG |

Orqanizmin kalori tələbatı

Orqanizmin kalori tələbatı
Kalori orqanizmdə gedən proseslər üçün əsas enerji mənbəyinin vahidi hesab olunur. Qida maddələrinin tərkibində yağlar, zülallar və karbohidratlar olur. Karbohidratlar daha çox taxıl bitkiləri, quru meyvələr, çörək və şirniyyatların tərkibində olur, sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Mürəkkəb karbohidratlar gec həzm olunduğu üçün onu səhər saatlarında qəbul etmək məsləhətdir.
Həkim-diyetoloq Ləman Süleymanova bu barədə AZƏRTAC-a bildirib: "Zülallar isə orqanizm üçün tikinti materialı hesab edilir, əsasən ət və ət məhsulları, süd və süd məhsullarında, yumurta, noxud, lobya, mərci və s. kimi paxlalı bitkilərin tərkibində daha çox olur. müəyyən edilib ki, 1 qram zülalın tərkibində təxminən 5 kkal enerji olur”.
Qida rasionunda günə mürəkkəb karbohidratlarla başlayıb günün axırına doğru zülallarla bitirmək tövsiyə olunur. Günorta saatlarında isə sadə zülalların qəbulu məsləhətdir.
Həkim-diyetoloq kalori barədə danışarkən söyləyib: "Gündəlik kalori qəbulu isə yaş, cins, həyat tərzi, qəbul edilən dərman və xəstəliklərdən asılı olaraq dəyişir. Təxmini hesablamalar zamanı müəyyən olunub ki, orqanizmin tələbatı qadınlarda 1200-1600, kişilərdə 2000-2300, uşaqlarda isə 1300-1600 kalori arasında dəyişə bilər”.
Orqanizmi daha çox enerji ilə təmin edən digər mənbə isə yağlar hesab olunur. Onlara süd və süd məhsulları, quru meyvələr, günəbaxan, balqabaq tumları, zeytun bitkisini aid etmək olar. Kalori hesablamaları yaş, cins və boy nəzərə alınmaqla aparılır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287