• cümə axşamı, 28 mart, 16:07
  • Baku Bakı 16°C

Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklər - SİYAHI

12.01.18 12:45 1539
Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklər - SİYAHI
Orfoqrafiya lüğətinə təklif olunan dəyişikliklər məlum olub.
APA-nın xəbərinə görə,Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində qeyd olunub ki, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraqybitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır:almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­divə s.
Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə,vasitəsiləsözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.
Layihədə göstərilir ki, vaxtilə apostrofla yazılancürət, məşəl,vüsətvə s. sözlər apostrofa görəcür-ət, məş-əl, vüs-ətkimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərinQu-ran,cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sətvə s. sözlərin bu cür sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır.
Bildirilir ki, mənbə dildəwsamitli alınma sözlər Azərbaycan dilindəvilə yazılır:veb-sayt, Vilyam, vindos, vördvə s.
Eyni zamanda qeyd olunur ki, tərkibindəanti,audio,avia,avto, makro,mikro,mini, mono,multi, nano, neo, post, super,ultrahissəcikləri olan mürəkkəb sözlər bitişik yazılmalıdır:antivirus, multikulturalizm, superdövlət, supermarket, aviasalon, avtopark, miniavtobus, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, postsovet, postmodernizmvə s.
"Mənbə dildə tərkibindəusaiti ilə yazılan və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraqüilə yazılır:alüminium,bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüravə s.”, - deyə qeyd olunur.
Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçünNazirlər Kabinetinə təqdim ediləcək.
banner

Oxşar Xəbərlər