• cümə axşamı, 28 mart, 23:21
  • Baku Bakı 13°C

Orduya çağırılanlar düşdükləri yeri saytdan öyrənə biləcəklər

26.09.13 13:44 1370
Orduya çağırılanlar düşdükləri yeri saytdan öyrənə biləcəklər
Azərbaycanda oktyabr ayında orduya çağırılan şəxslər sentyabrın 30-dan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin saytından düşdükləri qoşun növü və hərbi hissə barədə məlumatları əldə edə biləcəklər.
Bu barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.
Məlumat sistemi aktivləşdikdən sonra çağırışçılar www.seferberlik.gov.az saytındakı Hərbi Xidmət bölməsinə daxil olaraq, özləri barədə informasiyaları daxil etməklə düşdükləri hərbi hissəni öyrənə bilər.
İlk dəfə cari ilin iyul ayında istifadəyə verilmiş sistemdə həmin çağırış vaxtı yüklənmələrin çox olması səbəbindən müəyyən problemlər yaranmışdı. Dövlət Xidməti oktyabr çağırışı ərzində yüklənmələr nəticəsində meydana çıxa biləcək problemlərin qarşısının alınması istiqamətində işlər aparır.
banner

Oxşar Xəbərlər