• şənbə, 20 Aprel, 19:14
  • Baku Bakı 24°C

Ordumuzun şəhid olan hərbçisi dəfn olundu

27.02.14 11:34 1574
Ordumuzun şəhid olan hərbçisi dəfn olundu
APA-nın məlumatına görə, şəhid Kərəm Nöhbalayev doğulduğu Xaçmaz rayonunun Sayad kəndində yaylım atəşi ilə torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin və Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
banner

Oxşar Xəbərlər