• cümə, 19 Aprel, 20:49
  • Baku Bakı 24°C

Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub

07.10.16 10:48 910
Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt,Xocavəndrayonunun Kuropatkino,Cəbrayılrayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər