• cümə, 26 Aprel, 13:36
  • Baku Bakı 23°C

Ordumuzun Baş Klinik Hospitalının ikinci korpusunun açılışı olub

25.06.13 10:35 1319
Ordumuzun Baş Klinik Hospitalının ikinci korpusunun açılışı olub
AzərTAc xəbər verir ki, iyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.
Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxdı.
Dövlətimizin başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşdü.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra dövlətimizin başçısı səyyar cərrahiyyə hospitalı ilə tanış oldu. Bildirildi ki, səyyar cərrahiyyə hospitalı 60 çarpayılıqdır.
banner

Oxşar Xəbərlər