• cümə axşamı, 25 aprel, 08:58
  • Baku Bakı 14°C

“Ordudan yayınma halları baş vermir”

09.07.14 09:48 1523
“Ordudan yayınma halları baş vermir”
“18 il bundan öncə çağırışdan yayınma halları baş verirdi. Son illər belə hallar müşahidə edilmir. Hətta yaşı çatmayanlar belə könüllü hərbi xidmətə getmək üçün müraciət edirlər”. Bu sözləri “Kaspi”yə açıqlamasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi mayor Novruz Rəhimov bildirib. Novruz Rəhimov ötən illərlə müqayisədə bu il çağırışçıların hərbi xidmətə yola salınmasında həyata keçirilən yeniliklərdən də danışıb. O qeyd edib ki, Qaradağ rayonunda gənclərin hərbi xidmətə hazırlığı və onların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi istiqamətində sistemli iş aparılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi təhsil müəssisələrində yuxarı sinif şagirdləri ilə görüşlər keçirir, ibtidai hərbi hazırlıq dərslərinin tədrisinə xüsusi diqqət yetirir: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onlarla vətənpərvərlik mövzusunda işlərin aparılması ilk növbədə məktəb illərindən başlanır. Təbii ki, həmin yükün ağırlığı da bizim üzərimizdədir. Biz çalışırıq ki, məktəblərdə gənclərlə “Şahin” hərbi idman oyunlarının, “Cəsurlar” idman yarışlarının, eləcə də hərbi ixtisas üzrə məktəblərdə hərbi təlimlərin keçirilməsi işini davam etdirək. Bunun nəticəsidir ki, bu gün rayon üzrə çağırışçılar böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınır. Ölkəmizdə tarixin bütün mərhələlərində ordu quruculuğu daim diqqət mərkəzində olub. Bu gün Azərbaycan regionda peşəkar, modern və ən güclü orduya malikdir, ordumuzun taktiki və hərbi hazırlığı da yüksək səviyyədədir. Hərbi sahədə aparılan sistemli işlər, ordumuzun gücləndirilməsi bu gün gənclərdə həvəs yaradır”.
N.Rəhimov bizimlə söhbətində vurğulayıb ki, əvvəllər çağırışçıların daşınması ilə bağlı çətinliklər vardı. Amma bu gün xidmətin hər bir rayon, idarə şöbə bölmələri rahat avtobuslar təmin olunub və çağırışçıların vaxtlı-vaxtında daşınması üçün şərait yaradılıb.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər