• şənbə, 20 Aprel, 15:23
  • Baku Bakı 23°C

Ordu sıralarından ehtiyata buraxılan hərbi qulluqçularla bağlı mərasim keçirilib

06.01.18 17:36 1344
Ordu sıralarından ehtiyata buraxılan hərbi qulluqçularla bağlı mərasim keçirilib
Horadiz şəhərində ordudan ehtiyata buraxılan hərbi qulluqçular üçün yolasalma mərasimi keçirilib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Nazirliyin əməkdaşı, Əməkdar incəsənət xadimi Abdulla Qurbani bildirib ki, yanvarın 1-dən başlayaraq ölkədə həm gənclərin müddətli həqiqi hərbi xidmətə çağırılması, həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması təntənəli şəkildə qeyd edilir. Onun sözlərinə görə, respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar.
FüzuliRayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev xidməti başa vuran gənclərə uğurlar arzulayıb, ordu quruculuğundakı nailiyyətlərdən, ordu ilə xalqın birliyindən danışıb.
Birlik komandirinin müavini, polkovnik Elşad Əbilov isə bildirib ki, cəbhə bölgəsində xidmət etmək böyük şərəfdir: "Ordu sıralarından ehtiyata buraxılan gənclər cəbhə bölgəsində xidmət etməklə həm mənəvi, həm də fiziki cəhətdən daha da möhkəmlənirlər. Bu gün Azərbaycan ordusunun düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanır”.
Sonra xidməti başa vuran hərbi qulluqçulara fəxri fərman,Abdulla Qurbaninin müəllifi olduğu "Çingiz dastanı” və "Ordumuz-qürurumuz, xalqımız-dayağımız” kitabları, valideynlərə təşəkkür məktubu təqdim edilib.
banner

Oxşar Xəbərlər