• cümə axşamı, 25 aprel, 11:51
  • Baku Bakı 14°C

Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Belarusda səfərdədir

11.10.17 12:55 1190
Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Belarusda səfərdədir
Milli Məclissədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Minskə gedib.
Milli Məclisin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə,Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva,Milli MəclisAparatının rəhbəri Səfa Mirzəyev və digərləri daxildir.
Səfər çərçivəsindəMilli Məclissədrinin ölkə prezidenti Aleksandr Lukaşenko, baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatlar ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.
Səfər oktyabrın 13-də başa çatacaq.
banner

Oxşar Xəbərlər