• cümə, 29 Mart, 09:35
  • Baku Bakı 5°C

Oqtay Əsədov:"Türkiyə ilə əlaqələrimiz strateji tərəfdaşlıq və müttəfiqliyə qədər irəliləyib"

10.07.18 14:40 401
Oqtay Əsədov:"Türkiyə ilə əlaqələrimiz strateji tərəfdaşlıq və müttəfiqliyə qədər irəliləyib"
"Etibarlı strateji tərəfdaşımız olan Türkiyə ilə əlaqələrimizi gücləndirmək və genişləndirmək Azərbaycanın xarici siyasətinin mühüm elementidir”.
APA-nın xəbərinə görə, bu sözləri "Anadolu” agentliyinə açıqlamasındaMilli Məclisin sədriOqtay Əsədovdeyib.
O. Əsədov son 10 ildə Azərbaycan və Türkiyə arasındakı münasibətlərin dostluq və qardaşlıq səviyyəsindən strateji tərəfdaşlıqvə müttəfiqliyə qədər irəlilədiyini diqqətə çatdırıb: "Birgə həyata keçirdiyimizBakı-Tbilisi-Ceyhan,Bakı-Tbilisi-Ərzurum,Bakı-Tbilisi-Qarsdəmir yolu vəTANAP, Cənub Qaz Dəhlizi kimi ortaq layihələrimiz regionun əhəmiyyətini artırır, sülh vəinkişafa xidmət edir.Bakı-Tbilisi-Qarsdəmir yolu Avropa və Asiyanıbirləşdirməyin ən rahat və qısa yolu olacaq. İnanıram ki, bu dəmir yolu xəttinin istifadəsi xalqlarımızın və ölkələrimizin rifahının daha da yüksəlməsinə, tranzit imkanlarının artmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək”.
O. Əsədov iki ölkə arasında ticarəthəcminin 5 milyard dolları aşdığını vurğulayıb.
banner

Oxşar Xəbərlər