• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

Oqtay Əsədov Türkiyəyə gedir

20.05.17 13:15 1197
Oqtay Əsədov Türkiyəyə gedir
Milli Məclisin sədriOqtay ƏsədovQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün mayın 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, tədbirdə təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
Səfər çərçivəsində Oqtay Əsədovun toplantıda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər