• şənbə, 20 Aprel, 14:41
  • Baku Bakı 23°C

Oqtay Əsədov: “Rusiya ilə parlamentlərarası əlaqələrimiz yüksək səviyyədədir”

11.12.17 19:58 2220
Oqtay Əsədov: “Rusiya ilə parlamentlərarası əlaqələrimiz yüksək səviyyədədir”
Milli Məclisin sədriOqtay ƏsədovRusiya Dövlət DumasınınMDBməsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, O. Əsədov Azərbaycanın Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.
Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinəyüksəldib. "Sevindirici haldır ki, iki ölkə parlamentləri arasındakıəlaqələrimiz də yüksək səviyyədədir. Bu gün münasibətlərimizin tarixində ilk dəfə olaraq Azərbaycan və Rusiyanın ali qanunvericilik orqanlarının müvafiq komitələrinin Bakıda ilk iclası keçirilir. Qonağın başçılıq etdiyi komitə iləMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə keçirilən iclasında müzakirə olunan məsələlər əlaqələrimizin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Heç də təsadüfi deyil ki,beynəlxalq təşkilatlarda da nümayəndə heyətlərimiz qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, vahid mövqe nümayiş etdirirlər”, - deyə MM spikeri vurğulayıb.
O. Əsədov qeyd edib ki, Rusiya Federasiyası ilə iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrimiz də günbəgün inkişaf etməkdədir: "Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün bütün imkanlar mövcuddur”.
L. Kalaşnikovisə ölkəmizə səfərindən vəMilli Məclisdə müvafiq komitələrin birgə iclasının yekunlarından məmnun qaldığını söyləyib. Bildirilib ki, Rusiya Azərbaycanla əlaqələrin dərinləşməsində, o cümlədən parlamentlər səviyyəsində münasibətlərin davamlı inkişafında maraqlıdır. "Bu, hər iki xalqın mənafelərinə uyğundur. Biz gələcəkdəMilli Məclislə əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik. Nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda mütəmadi görüşlərini və prinsipial məsələlər üzrə aparılan fikir mübadilələrini təqdirəlayiq hesab edirik”,- deyə o vurğulayıb.
Qəbulda tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. GörüşdəMilli MəclisAparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd Seyidovvə digər rəsmi şəxslər iştirak ediblər.
banner

Oxşar Xəbərlər