• cümə, 19 Aprel, 09:26
  • Baku Bakı 13°C

Oqtay Əsədov: “Prezidentin siyasəti nəticəsində dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəyə təsirini azaltmaq mümkün olub”

17.03.17 13:20 676
Oqtay Əsədov: “Prezidentin siyasəti nəticəsində dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəyə təsirini azaltmaq mümkün olub”
"Ötən il dünya iqtisadiyyatında qeyri-müəyyən vəziyyət davam edib. Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya iqtisadiyyatında cərəyan edən mənfi proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması mümkün olub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin sədriOqtay Əsədovplenar iclasda Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.O bildirib ki, ötən il ÜDM artımı baş verməsə də, bəzi sahələrdə ÜDM artıb: "ÜDM istehsalında qeyri-neft sektorunun payı 63,4 faiz təşkil edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "doing biznes” hesabatında işgüzar mühitin əlverişliliyinə görə Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Dörd göstərici üzrə Azərbaycan ilk pillələrdə yer alıb. Ötən il sosial infrastruktur layihələrinin həyata keçirilməsinə 15 milyard manat vəsait yatırılıb”.
banner

Oxşar Xəbərlər