• şənbə, 20 Aprel, 05:29
  • Baku Bakı 15°C

Oqtay Əsədov MDB PA-nın medalına layiq görülüb

28.03.17 13:20 570
Oqtay Əsədov MDB PA-nın medalına layiq görülüb
Martın 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəMDBParlamentlərarası Assambleyasının (PA) yaz sessiyasının açılışı olub.
Milli MəclisdənAPA-ya bildirilib ki, Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti tədbirə qatılıb. TədbirdəOqtay ƏsədovMDBPA-nın 25 illik yubileyi münasibətilə təşkilatın medalına layiq görülüb.
MDBPA Şurasının yaz sessiyası çərçivəsində keçirilən iclasında Beynəlxalq Parlamentarizm Gününün təsis edilməsi, Qırğızıstanda ötən il keçirilən referendumun monitorinqinin nəticələri,MDBölkələrində 2017-ci ildə keçirilməsi nəzərdə tutulmuş elektoral kampaniyalarda müşahidəçi qruplarının təşkili məsələləri müzakirə olunub.
MDBölkələri parlamentlərinin rəhbərləri Parlamentlərarası Assambleyanın 25 illik yubileyi münasibətilə Bəyanat qəbul ediblər. Bəyanatda qeyd olunur ki,MDBPA həm üzv ölkələr arasında ikitərəfli, həm də beynəlxalq təşkilatlarla çoxtərəfli, qarşılıqlı fəaliyyət meydanı kimi beynəlxalq parlament əməkdaşlığının genişləndirilməsi sahəsində böyük potensiala malikdir. SənəddəMDBPA-nın fəaliyyətinin başlıca istiqaməti kimi insan hüquqları və azadlıqlarının müdafiəsi, dövlət hakimiyyəti orqanlarının formalaşmasına dair seçki kampaniyalarının monitorinqi və digər sahələr göstərilib.
İclas iştirakçıları Parlamentlərarası İttifaq Assambleyasının 1889-cu il iyunun 30-da keçirilmiş ilk iclasını hər il Parlamentarizm Günü kimi qeyd etmək barədə razılığa gəliblər.
Həmin gün Sankt-PeterburqdaMDBParlamentlərarası Assambleyasının 46-cı plenar iclası da keçirilib. İclasda çıxış edənOqtay Əsədovbildirib ki, Azərbaycan prezidentiİlham ƏliyevMDBölkələri arasında əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Milli Məclisin sədri vurğulayıb ki, təşkilatın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün keçmiş sovet məkanında mövcud olan münaqişələrin həlli məsələlərini ön plana çıxarmaq lazımdır.
İclasdaMDBPA Şurasının sədriValentina MatviyenkoMilli Məclisin sədri Oqtay ƏsədovaMDBPA-nın 25 illik yubileyi medalını təqdim edib.
Tədbir çərçivəsində "Poçta Rossii” şirkətinin buraxdığıMDBPA-nın yubiley poçt markası təqdim olunub.
SondaMDBölkələri səhnə ustalarının iştirakı ilə konsert olub. Konsertdə Azərbaycanın xalq artisti Murad Hüseynov, əməkdar artist Afaq Abbasova, tarzən, beynəlxalq müsabiqələr laureatı Rövşən Qurbanov çıxış ediblər.
Həmin günOqtay ƏsədovMDBParlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədriValentina Matviyenkoilə görüşüb.Milli Məclisin sədri Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşıldığını, ölkədə 340-dan çox rus dilində təhsil verən orta məktəbin fəaliyyət göstərdiyini deyib. Tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.
Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri bu gün başa çatır.
banner

Oxşar Xəbərlər