• cümə, 29 Mart, 18:26
  • Baku Bakı 14°C

Oqtay Əsədov: “Kimin ürəyi doludur başlasın”

02.05.14 15:43 1126
Oqtay Əsədov: “Kimin ürəyi doludur başlasın”
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında ənənəyə yenilik olaraq gündəliyin müzakirəsi bitdikdən sonra spiker tərəfindən açıq debatın keçirilməsi elan olunub. Bunu mikrofondan deputatlara elan edən spiker Oqtay Əsədov bildirib ki, debatda kim gündəlikdən kənar nə demək istəyir deyə bilər və ilk sözü o elə özü demək istəyir.
Onun çıxışında ən çox mətbuatın onu bu debata vadar etdiyini bildirib.
Oqtay Əsədov xüsusilə bu gün iclasın gedişi zamanı izlədiyi onlayn mətbuatda gördüklərindən təəccübləndiyini deyib: “Hələ bizim çıxışlarımız qurtarmamış mətbuatda yazırlar ki, “parlamentin sədri deputatlara müsahibə verməyə qadağa qoydu, filan televiziya çıxma dedi”və sair. Çox təəssüflər ki, parlamentdə bu qədər məsələlər həll olunur, bu qədər müsbət məsələlər öz həllini tapır. Bunların heç birini demirlər, kimsə hansısa neqativ bir şey tapıb ondan yazır. Çox təəssüflər ki, bizim özümüz də bunların yazılmasına rəvac veririk. Məsələn, Milli Məclisin ayda iki iclası keçirilir. Bura bizim hamımızın iş yeridir. Amma ayda iki dəfə keçirilən iclaslarda deputatlar yarım saat gecikir və s. Elə bir az bundan əvvəl səsvermə zamanı gördük ki, yetər səs yoxdur. Bizim başqa nə işimiz var axı? Biz deputat seçiləndə öz üzərimizə öhdəlik götürdük ki, iclaslarda iştirak edəcəyik. Ayda iki dəfə iclasda iştirak etmək nə çətin məsələdir? Bəzən deputatlar deyirlər ki, biz tədbirə gedirik. Nə tədbiri? Hansı tədbir? Milli məclis olan gün iclasdan daha vacib olan tədbir nədir axıb bir dəfə dinmirik, iki dəfə dinmirik. Gedir tədbirə iclasın yarısına gəlirlər, sonra da bir iki çıxış edir , yenidən çıxıb gedirlər. Biz özümüz özümüzə hörmət etməliyik ki, artıq söhbətlər yaranmasın. Mən öz fikrimi deyirəm, burada çəkinməli bir şey yoxdur. Dünyanın hər yerində var ki, 500 deputat üzvinin 50-i iştirak edə bilər. Amma səsvermə zamanı hamı iştirak etməlidir.
Həmişə əvvəl deyirdik ki, 3 deputatın 1 telefonu var. Artıq hər kabinetdə 1 hökumət telefonu var. Bir sual verəcəm. Bu boyda bina tikilir. Mən bu binada komitə sədrlərindən başqa deputatların 70%-ni mən kabinetdə görməmişəm. Yaxşı, əgər o kabinetə gəlmirsə, ekspertlərimizə verək gedib otursunlar orada. Deyirik ki, burada sakitlik olsun. Hamımız telefondan istifadə edə bilirik. Girirsən parlamentdə, telefonu səssizə qoy. İclas gedir hər tərəfdən bir zəng gəlir. Bu elementar şeylərdir. Bunları demək heç yaxşı deyil”.
Daha sonra O. Əsədov “mən qurtardım, indi kimin ürəyi doludur başlasın” deyərək sözü deputatlara verib
banner

Oxşar Xəbərlər