• cümə, 19 Aprel, 19:53
  • Baku Bakı 24°C

Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb

08.12.17 12:40 3542
Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb
Dekabrın 7-də AzərbaycanMilli Məclisinin sədriOqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün Qırğızıstana gedib.
MM-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, elə həmin gün səfər çərçivəsində O. ƏsədovTürkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb. Görüşdə AzərbaycanMilli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, TürkPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək. TürkPA-da Özbəkistanın və Türkmənistanın qonaq kimi iştirakından məmnunluq ifadə edilib, birgə fəaliyyətin önəmi diqqətə çatdırılıb.
banner

Oxşar Xəbərlər