AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır

Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır

Cəmiyyət
17 Dekabr 2018, 10:45 321
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov gürcü xalqını yeni prezidentin seçilməsi münasibətilə təbrik edib.

Milli Məclisin sədri deyib ki, Gürcüstan Azərbaycana qardaş ölkədir. Gürcüstanın bayramı Azərbaycanın bayramıdır.

Bu barədə AZƏRTAC-a Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Prezident Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanı yeni prezident münasibətilə təbrik edib, gürcü xalqına xoşbəxtlik və firavanlıq arzulayıb.

Azərbaycan parlamentinin sədri deyib: "Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etmək bizim üçün vacibdir. Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Gürcüstanda ilk qadın prezident seçilib və bu, olduqca vacibdir. Burada olmağımızdan məmnunluq və fəxr hissi keçiririk”.

O.Əsədov Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirdiyini qeyd edib. Bildirib ki, ötən il Gürcüstan ilə Avropa İttifaqı arasında vizasız rejim qüvvəyə minib və bu, böyük nailiyyətdir.

Qeyd edək ki, S.Zurabişvilinin andiçmə mərasimində O.Əsədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, deputatlar Əflatun Amaşov və Hikmət Babaoğlu daxildir.