AZE | RUS | ENG |

Oqtay Əsədov elə söz deməyib

Oqtay Əsədov elə söz deməyib
“Bir neçə gündür bəzi mətbuat orqanlarında Milli Məclisin sədri Oqtay Əsədovun adından guya onun “Mətbuat Komissarlığı” yaradılması haqqında fikirlər işlətdiyi qeyd olunur.

Rəsmi olaraq deyirəm ki, bu, tamamilə yanlış informasiyadır. Oqtay müəllim nəinki Milli Məclisin 2 noyabr 2012-ci il tarixli plenar iclasında, ümumiyyətlə heç zaman və heç bir yerdə hansısa “Mətbuat Komissarlığı” nın yaradılması haqqında fikir söyləməyib”. Bu fikirləri APA-nın sorğusuna cavabında Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O qeyd edib ki, bu, hansısa komissarlığın yaradılması barədə yazan mətbuatın bir oyunudur: “Onlar bu məsələni ortaya atıblar ki, onun ətrafında öz oyunlarını oynasınlar. Əslində bu, şərdir, böhtandır, kökündən yanlış informasiyadır. Bu cür yalan informasiyanı verib ictimaiyyəti çaşdırmaq olmaz. Oqtay müəllim heç vaxt bu cür fikir söyləməz”.

A. Təvəkküloğlu parlamentin 2 noyabr 2012-ci il tarixli plenar iclasından sonra parlament rəhbərliyi tərəfindən mətbuat xidmətinə hansısa göstəriş verilmədiyini də vurğulayıb.

Qeyd edək ki, bəzi qəzetlər MM-in sədri Oqtay Əsədovun parlamentin 2 noyabr 2012-ci il tarixli plenar iclasında guya Mətbuat Komissarlığı yaradılması, mətbuatın nəzarətə götürülməsi barədə fikirlər işlətdiyini yazıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202