• cümə axşamı, 18 aprel, 08:41
  • Baku Bakı 12°C

Oqtay Əsədov: “Bu sülhə içimdə yanıram”

14.05.13 11:16 1666
Oqtay Əsədov: “Bu sülhə içimdə yanıram”
Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc İranın bir sıra rəsmi dairələrinə yaxın portallarında Azərbaycana ərazi iddialarını qaldırmaq cəhdlərini pisləyib. Onun sözlərinə görə bir sıra İran saytlarında iranlı deputatlar Türkmənçay müqaviləsi ilə bağlı fikirlərini bildirir və bu müqaviləyə İranın tab gətirdiyini vurğulayırlar. “Halbuki Türkmənçay müqaviləsi və digər müqavilələrin təftiş olunması siyasi maraqlardan xəbər verir”.
Zahid Oruc qeyd edib ki, bu gün “Gülüstan” müqaviləsinin iki yüz illiyi tamam olur. Deputat bildirib ki, Gülüstan müqaviləsinin iki yüz illiyi ilə bağlı ictimai müzakirələrin keçirilməsinə nail olmaq lazımdır və Azərbaycanda belə müzakirələr xalqın öz tarixini bilmək baxımından əhəmiyyəti xeyli artacaq. Milli Məclisin sədri Oqtay Əsədov Z. Orucun sözlərini maraqla qarşılayıb. Milli Məclisin sədri bildirib ki, İran tərəfindən qaldırılan bu məsələlər təxribatdır və bununla Azərbaycanı təxribata çəkmək istəyirlər. O, bu məsələlərə əhəmiyyət verməməyi çağırıb. “Gülüstün müqaviləsinə gəlincə Gülüstan sülhünə mən içində yanıram, ona görə bu sülh müqaviləsinə baxmağa çağırmıram”, – deyə spiker vurğulayıb.
banner

Oxşar Xəbərlər