• cümə, 29 Mart, 15:01
  • Baku Bakı 14°C

Oqtay Əsədov: “Bizi tənqid edən ölkələrin özlərində müxtəlif problemlər mövcuddur”

04.10.17 19:14 1997
Oqtay Əsədov: “Bizi tənqid edən ölkələrin özlərində müxtəlif problemlər mövcuddur”
Milli Məclisin sədriOqtay ƏsədovBakıda səfərdə olan Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Volter Stevensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-dənAPA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, AzərbaycanAvropa İttifaqıilə əlaqələrin inkişafında maraqlıdır: "Son dövrlər tərəflər arasında müsbət dinamika müşahidə olunmaqdadır. Aİ ilə Azərbaycan arasında vaxtilə imzalanmış saziş bu günün reallıqları ilə uyğunlaşmır. Buna görə də tərəflər arasında yeni sənədin imzalanması üzrə danışıqlar aparılır. Ümid edirəm, AzərbaycanlaAvropa İttifaqıarasında münasibətlərin daha da dərinləşməsinə maneə törədən hallar tezliklə öz məntiqi həllini tapacaq. Çox təəssüf ki, son bir neçə ayda münasibətlərimizə xələl gətirmək istəyən qüvvələr yenidən fəallaşaraq, Azərbaycanı Avropa İttifaqından kənarda tutmaq üçün səylər göstərirlər. Biz hər zaman bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa tərəfdar olmuşuq. Ancaq bir sıra Avropa qurumları tərəfindən ölkəmizə yanaşmada ciddi gərginliyə səbəb ola biləcək addımlar atılmaqdadır. Bizə təzyiq etmək istəyən qüvvələrə dəfələrlə sübut etmişik ki, Azərbaycanla siyasi təzyiq dilində danışmaq olmaz”.

O. Əsədov qeyd edib ki,AŞPAvəAvropa Parlamentitərəfindən Azərbaycanla bağlı sənəd qəbul etmək artıq ənənə halını alıb: "İnsan hüquqları ilə əlaqədar müxtəlif mətbu orqanlarda dərc olunmuş yazılar əsasında ölkəmizlə bağlı belə addımların atılması qəbuledilməzdir. Belə məsələlərdə rəsmi qurumların da fikrini öyrənmək daha obyektiv olardı. Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının qorunması, demokratiyanın daha da möhkəmlənməsi üçüngərəkli olan addımları atır. Demokratiya, insan haqları, qanunun aliliyi kimi prinsipləri regional, siyasi reallıqlardan və təhlükəsizlik anlayışından kənarda dəyərləndirmək olmaz. Bu, gələcəkdə çox ciddi fəsadlar törədə bilər. Təbiidir ki, hər bir ölkədə bəzi sahələrdə çatışmazlıqlar da vardır. Bizi tənqid edən Avropa ölkələrinin özlərində də müxtəlif sahələrdə problemlər mövcuddur. Lakin onların məhz Azərbaycanda olan bir sıra nöqsanları qəsdən şişirtməsi və beynəlxalq təşkilatları da buna alət edərək ölkəmizə təzyiq göstərməsi anlaşılan deyil. İkili standartlara son qoymağın vaxtı çoxdan çatıb”.

MM sədri fikirlərinin təsdiqi kimiAvropa Şurasıbaş katibinin vəATƏTPA-nınCənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu mövqedən çıxış edərək, atdıqları addımlara diqqət çəkib: "Ölkəmiz beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Milli Məclisdə Avropa Şurasının onlarla konvensiyası ratifikasiya olunub. Çox təəssüf ki, insan hüquqları haqqında ağzıdolusu danışan bəzi siyasətçilər Azərbaycanın 20 faiz torpağının işğal olunmasına, 1 milyon insanın öz yurdlarından didərgin düşməsinə,Xocalısoyqırımına göz yumurlar.BMTTəhlükəsizlik Şurasının,AŞPA-nın, AP-nin və digər beynəlxalq qurumların Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməməsinə biganə yanaşırlar. Bu kimi hallar haqlı olaraq ölkə ictimaiyyətində suallar doğurur. Azərbaycanın yerləşdiyi regionu tanımayan, mövcud geosiyasi reallıqlardan xəbərsiz insanların bölgədə baş verən hadisələrə qiymət verməsi ən azından qeyri-ciddi bir hərəkətdir. Az-çox məlumatı olan hər kəs Dağlıq Qarabağ münaqişəsinin bölgə ölkələri üçün, xüsusilə də Azərbaycan üçün siyasi yükünü yaxşı başa düşür. Məhz buna görə də ayrı-ayrı təşkilatların və siyasətçilərin Azərbaycana davamlı təzyiqləri fonunda Ermənistana münasibətdə loyallıq göstərmələri çox qəribədir. Ümid edirik ki, gələcəkdə belə hallarla rastlaşmayacağıq. Biz bütün beynəlxalq qurumlarla bərabərhüquqlu əməkdaşlığa hazırıq”.

Volter Stevens isə diqqətə çatdırıb ki, görüşdə Aİ-yə daxil olan 28 ölkənin səfirləri iştirak edirlər: "Mən Azərbaycana ölkəminATƏT-ə sədrliyi dövründə səfər etmişəm, budəfəki gəlişimdə isə böyük dəyişikliklərin və inkişafın şahidi oluram. Noyabr ayında "Şərq Tərəfdaşlığı” çərçivəsində Brüsseldə böyük bir tədbirin keçirilməsi nəzərdə tutulub”.

Qonaq təmsil etdiyi qurumla Azərbaycan arasında yeni saziş üzərində işin başlanmasından məmnunluq duyduğunu ifadə edib. O qeyd edib ki, Azərbaycan Avropada öz tolerantlığı ilə seçilən, müxtəlif sivilizasiyaların qovuşduğu bir məkan kimi tanınır.
banner

Oxşar Xəbərlər