• cümə, 29 Mart, 19:09
  • Baku Bakı 14°C

Oqtay Əsədov: “Azərbaycanın yeni enerji strategiyası bölgəyə yeni transformasiya və tərəqqi gətirib”

22.05.17 15:20 732
Oqtay Əsədov: “Azərbaycanın yeni enerji strategiyası bölgəyə yeni transformasiya və tərəqqi gətirib”
"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Qara dəniz regionunun vahid iqtisadi məkan kimi formalaşması üçün yaradılan mühüm bir təşkilatdır”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyənin İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) dövlət və hökumət başçılarının 25-ci Zirvə toplantısında Azərbaycan Milli Məclisinin sədriOqtay Əsədovdeyib.
Onun sözlərinə görə, regional əməkdaşlığın uğuru üzv dövlətlərin təşkilat qarşısında məsuliyyət səviyyəsindən asılıdır.Milli Məclissədri əlavə edib ki, beynəlxalq hüququn aliliyi bölgədə iqtisadi dirçəlişə gətirib çıxara biləcək regional iqtisadi əməkdaşlığın zəruri şərtidir.
"Azərbaycanın regional əməkdaşlıq strategiyası bu yanaşmanın parlaq ifadəsidir. Başladığımız çoxtərəfli layihələr regionda sülh, sabitlik, təhlükəsizlik, dialoq və tərəqqinin təşkilində, eləcə də iştirakçı ölkələr arasında qarşılıqlı anlaşmanın təmin edilməsində mühüm rol oynayıb. Yerləşdiyimiz qapalı məkanın əməkdaşlıq üçün geostrateji rəqabət üstünlüyünü fürsət kimi dəyərləndiririk. Bu üstünlükdən biz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı vasitəsi ilə ölkənin tranzit potensialını artırmaq üçün istifadə etdik. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Qara dəniz bölgəsində enerji sahəsində əməkdaşlığı regional inkişaf prosesi kimi təqdim edib. Bütün bunlar Azərbaycanın yeni enerji strategiyası və enerji əməkdaşlığına yeni baxışlarla başlayıb. Bu baxış bölgəyə yeni transformasiya və tərəqqi gətirib. Azərbaycan daha geniş bölgə üçün enerji təhlükəsizliyinin təmin edilməsində vacib tərəfdaşa çevrilib. Biz boru kəməri infrastrukturunun şaxələndirilməsinə başladıq, Xəzər, Qara və Aralıq dənizlərini birləşdirdik. Bu gün Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru xətləri əsl əməkdaşlıq yolunun rəmzidir”.
O. Əsədov bildirib ki, hazırda Çin və Avropanı daha da yaxınlaşdıracaq Bakı-Tiflis-Qars dəmir yolu üzərində iş yekunlaşmaq üzrədir: "2016-cı ildə ilk konteyner qatarı yola saldıq. Aparılan bu sınaqlarla sübut edildi ki, həmin marşrut tranzit müddətini 30-35 gündən 15 günədək azalda bildi. Şimal-Cənub dəhlizi Rusiya ilə Hindistanı birləşdirir. Bu layihə Qara Dəniz regionunun dəmir yolu şəbəkəsini İranla birləşdirəcək. Biz ümid edirik ki, çox yaxın gələcəkdə bu dəhliz daha geniş bölgədə ticarətə təkan verəcək. Azərbaycan Qara dəniz bölgəsinin firavan gələcəyinə inanır və eyni zamanda hesab edir ki, bu gələcək yalnız mehriban qonşuluq, qarşılıqlı hörmət, humanizm və tolerantlıq əsasında qurula bilər. Biz bu dəyərləri təşviq etmək istiqamətində böyük səylər göstəririk”.
banner

Oxşar Xəbərlər