• cümə axşamı, 25 aprel, 11:49
  • Baku Bakı 14°C

"Opinion Way": İlham Əliyev 86,53% səs toplayıb

11.04.18 19:55 588
"Opinion Way": İlham Əliyev 86,53% səs toplayıb
Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, nəticələr aşağıdakı kimidir:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədriİlham Əliyev- 86,53%;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüşZahid Oruc- 2,92%;

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%;

MüasirMüsavat Partiyasının sədri Hafiz Hacıyev - 1, 73%;

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21 %;

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1, 03%;

"Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0, 67%;

"Exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.
banner

Oxşar Xəbərlər