• cümə, 29 Mart, 11:00
  • Baku Bakı 5°C

Operatorlar və provayderlərin uçotunun aparılması qaydası dəyişib

15.09.18 16:00 441
Operatorlar və provayderlərin uçotunun aparılması qaydası dəyişib
Nazirlər Kabineti "İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişikliklər edib.
"Report” xəbər verir ki, bu barədə qərarı Baş nazirNovruz Məmmədovimzalayıb.
Dəyişikliyə görə, uçotun aparılması operator (provayder) hüquqi şəxs olduğu halda, onun nizamnaməsinin surəti tələb olunacaq.
Bundan əlavə operatorların və provayderlərin uçot məlumatlarında dəyişiklik edilməsi və ya uçotunun ləğv olunması ilə əlaqədar müraciəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olduğu gün qeydiyyata alınır və müraciət edən şəxsə müraciətin qəbul edilməsi barədə elektron təsdiqetmə bildirişi göndəriləcək.
Həmin müraciətə onun qeydiyyat tarixindən 3 (üç) iş günü müddətində Nazirlik tərəfindən baxılaraq, müvafiq olaraq, Nazirliyin internet informasiya ehtiyatında yerləşdirilmiş uçot məlumatları yenilənəcək və ya uçot ləğv ediləcək.
banner

Oxşar Xəbərlər