• cümə, 29 Mart, 19:55
  • Baku Bakı 14°C

OPEK+ komitəsi neft hasilatının artırılmasını nəzərdən keçirməyi tövsiyə edib

22.06.18 10:10 654
OPEK+ komitəsi neft hasilatının artırılmasını nəzərdən keçirməyi tövsiyə edib
OPEK+ nazirlər səviyyəsindəki Monitorinq komitəsi Vyana razılaşması çərçivəsində neft hasilatının həcmini sutkada 1 mln. barel artırılmasını nəzərdən keçirməyi tövsiyə edib. Bununla belə, tövsiyədə bəzi ölkələr üçün "xüsusi yanaşma "nəzərdə tutulub. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
Nazir həmçinin qeyd edib ki, həmin təklif iyunun 22-də keçiriləcək OPEK sammiti və OPEK+ nazirlər səviyyəsində baş tutacaq ümumi görüşdə nəzərdən keçiriləcək.
banner

Oxşar Xəbərlər