• cümə, 19 Aprel, 10:04
  • Baku Bakı 13°C

OPEK ekspertləri neft hasilatının azaldılmasına dair təklifləri hazırlayıblar

23.11.16 09:01 748
OPEK ekspertləri neft hasilatının azaldılmasına dair təklifləri hazırlayıblar
OPEK-ə üzv olan ölkələrin ekspertləri neft hasilatının azaldılmasına dair yekun təkliflər paketini hazırlayıblar.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, həmin təkliflərin OPEK-ə üzv ölkələrin nazirlərinin noyabrın 30-da keçiriləcək növbəti görüşündə müzakirə olunaraq təsdiq olunması gözlənilir.
"Texniki komitənin işi çox uğurlu olub. Komitə yekun hesabatı noyabrın 30-da keçiriləcək görüş zamanı nəzərdən keçirilməsi üçün nazirlərə təqdim edəcək”, - deyə mənbə bildirib.
Nigeriya nümayəndəsi İbrahim Vaya bundan əvvəl bildirib ki, hasilat səviyyəsinin məhdudlaşdırılması əvvəllər təklif olunduğu 12 ay yox, 6 ay müddətinə müəyyən ediləcək. Müddətin azaldılması limitlərin tətbiqinin çətinliyi ilə əlaqələndirilir.
Yaradılacaq xüsusi texniki qrup sazişin şərtlərinə əməl olunmasına nəzarət edəcək.
banner

Oxşar Xəbərlər