• cümə, 29 Mart, 16:57
  • Baku Bakı 14°C

OPEC yeni tarazlayıcı saziş hazırlayır

24.11.18 18:32 574
OPEC yeni tarazlayıcı saziş hazırlayır
OPEC (Neft İstehsalçısı və İxracatçısı Ölkələr Təşkilatı) həm neft qiymətlərinin kəskin artımının qarşısını almaq, həm də bazarı tarazlaşdırmaq üçün hasilatı azaltmağa şərait yaradacaq yeni saziş layihəsini nəzərdən keçirir.
"Report” "The Wall Street Journal”a istinadən xəbər verir ki, OPEC 2016-cı ildən tətbiq olunan hasilatın məqsəd göstəricilərinə qayıda bilər. OPEC təmsilçisinin sözlərinə görə, yeni saziş həm ABŞ-ın qiymət artımına yol verməmək siyasətinə, həm də hasilatın azalmasını istəməyən Rusiyanın planlarına uyğun gəlir.
Yazıda qeyd olunub ki,Səudiyyə Ərəbistanı gündəlik hasilatı31,5milyon barelədək azaltmağa hazır olsa da bunun ABŞ tərəfindən narazılıqla qarşılanacağından çəkinir.
banner

Oxşar Xəbərlər