• şənbə, 20 Aprel, 03:57
  • Baku Bakı 15°C

OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

23.06.18 18:18 575
OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti  iclasının Bakıda keçirilməsi təklif edilib
Bu gün Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclası zamanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əski olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə olunub.

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan "Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliklərinə sadiqdir.

P. Şahbazov qeyd edib ki, Azərbaycan həm də bu təşəbbüsün fəal iştirakçılarından biridir: "Azərbaycanda neft hələ qədim dövrdən çıxarılır. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda çıxarılıb. O gündən etibarən neftin yeni dövrü başlayıb və bu günə qədər uğurla davam etdirilir”.
P. Şahbazov tədbir iştirakçılarına Azərbaycan prezidentiİlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin növbəti Nazirlər Şurasının iclasının Bakıda keçirilməsinə dair dəvətini çatdırıb. O qeyd edib ki, bu, hər kəs üçün nəinki Bakıdakı konfransda iştirak etmək, həm də dünyanın neft sənayesinin müqəddəs yeri olan Bakının gözəlliyini görmək üçün gözəl bir imkan olacaq.
banner

Oxşar Xəbərlər