• çərşənbə axşamı, 19 mart, 15:33
  • Baku Bakı 8°C

“OPEC+” təcili toplantını gündəmdən çıxarıb

19.02.20 15:00 3048
“OPEC+” təcili toplantını gündəmdən çıxarıb
OPEC-ə üzv və kartelə üzv olmayan ölkələr ("OPEC+) koronavirusun neft tələbatına təsirlərinin müzakirəsi üçün nəzərdə tutulan toplantını gündəmdən çıxarıb.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsi (JTC) neft hasilatını daha 600 min barrel azaltmağı tövsiyə etmişdi. Buna görə də, "OPEC+” toplantısının fevralda təşkili istisna edilmirdi. Lakin hazırda bu iclasın təşkili gündəmdən çıxarılıb. İclas martın 6-da Vyanada keçiriləcək.
Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
banner

Oxşar Xəbərlər