• cümə, 19 Aprel, 20:10
  • Baku Bakı 24°C

OPEC+ ölkələri 2020-ci ilin sonunadək ehtiyatı əldən buraxmamalıdır

10.06.20 12:15 572
OPEC+ ölkələri 2020-ci ilin sonunadək ehtiyatı əldən buraxmamalıdır
OPEC+ ölkələri apreldən etibarən kifayət qədər yaxşı işlər görüb, amma onlar ehtiyatı ən azı bu ilin sonuna qədər, bəlkə də 2021-ci ildə də əldən buraxmamalıdır.
Bunu Trend-ə fransalı ekspert Fransis Perren deyib.
O bildirib ki, "Brent” markalı neftin qiyməti apreldə qeydə alınan 18 dollardan bu gün 42 dollaradək qalxıb:
"Bu tendensiya onu göstərir ki, OPEK+ sazişi effektivdir”.
F.Perren qeyd edib ki, mayın 1-dən başlayan hasilatın azaldılması dünya neft bazarının balanslaşdırılmasına xidmət edir:
"Dünyada koronavirusla bağlı məhdudiyyətlərin qaldırılması və ya yumşaldılması tələbatı artırmağa imkan verəcək. Yanvar ayından aprelədək qeydə alınan ucuzlaşmadan sonrakı qiymət artımı iki amillə bağlı olub: az təklif və artan tələbat. OPEC+ ölkələrinin son iclası neft hasilatçıları tərəfindən neft bazarında balansın bərpa olunması üçün atılan addımlardan biridir”.
Ekspert xatırladıb ki, OPEC+ ölkələrinin proqnozlarına əsasən, 2020-ci ildə neftə tələbat 9 milyon barel/sutka azalacaq. O hesab edir ki, 2020-ci ilin sonunadək daha çox iş görmək lazım olacaq.
banner

Oxşar Xəbərlər