AZE | RUS | ENG |

OPEC iyunda “Vyana sazişi”nin uzadılması məsələsinə baxacaq

OPEC iyunda “Vyana sazişi”nin uzadılması məsələsinə baxacaq
OPEC+ ölkələri dünya bazarında neft hasilatının azaldılmasını 2018-ci ildə də davam etdirəcəklər.
 
"APA-Economics” "Bloomberg” agentliyinə istinadən xəbər verir ki, iyunda keçiriləcək görüşdə OPEC+ ölkələri sazişin müddətinin 2019-cu ildə də uzadılması məsələsinə baxacaqlar.
 
"Bazardakı vəziyyətdən asılı olaraq əldə olunan razılıq çərçivəsində hasilatın azaldılması ən azı bu ilin sonuna qədər davam edəcək. 2019-cu il üçün də razılığın uzadılması məsələsinə baxılacaq,” – deyə Küveytin neft naziri Bəxit əl-Rəşidi deyib.

Martda verdiyi açıqlamada İraqın neft naziri Cabbar əl-Layibi deyib ki, bəzi ölkələr razılaşmanın müddətinin daha yarım il müddətinə uzadılmasını təklif edir. Buna baxmayaraq nazir həmin ölkələrin adlarını açıqlamayıb.  
 
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına  Azərbaycan da qoşulub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000