• cümə, 29 Mart, 17:18
  • Baku Bakı 14°C

OPEC: İnkişaf etmiş ölkələr üçün neft dövrü başa çatıb

08.10.20 18:56 960
OPEC: İnkişaf etmiş ölkələr üçün neft dövrü başa çatıb

Нaxın və orta perspektivdə dünyada neftə tələbatinkişaf etməkdə olanölkələrin hesabına artacaq. Neft dövrünün artıq başa çatdığı inkişaf etmiş ölkələrdə isə qarşıdakı 5 il ərzində gündəlik neft istehlakı 1,1 milyon barel azalacaq.
"Report” xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC)bu gün açıqladığı "World Oil Outlook” (WOO – Dünya neft icmalı) adlı illik məruzədə bildirilir.
Sənədə əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdəneftə tələbata dair mülahizələr inkişaf etməkdə olanölkələr barədəproqnozlara ziddir: "OECD üzrə neftə tələbat çox güman ki, 2019-cu il səviyyəsinə çatmayacaqvə 2020-2021-ci illər ərzində kiçik tərəddüdlərdən sonra bir qədər artdıqdan sonra orta perspektivin sonuna yaxın azalmağa başlayacaq”.
Məruzədə OECD ölkələrində 2025-ci ilədək 1,1 milyon barel azalacaq gündəlik tələbatın 2045-ci ilədək 13 milyon barelə çatacağı və34,8 milyon barel səviyyəsinə düşə biləcəyi qeyd olunur.
İnkişaf etmiş ölkələrdə neftə tələbatın azalmasını şərtləndirən amilləri sadalayan sənəd müəlliflərinin fikrincə, həmin ölkələrdə nəqliyyat sektorunun daha da inkişafı üçün imkanlar məhduddur, əhali artımı da azdır, iqtisadi artım 2%həddini aşmayacaq, hazırkı texnologiyaların inkişafı isə neft və kömürün yanacaq olaraq daha qabaqcıl və ekoloji təmiz mənbələrlə əvəzlənməsinə yönəlib. Belə ki, avtomobil satışları ötən ilə nisbətən Avropada 40%, ABŞ-da 32%, Yaponiyada 20%azaldığı halda elektrik avtomobillərinin satışlardakı payı tədricən artır.
İnkişaf edən ölkələrdə isə neftin istehlakı 2025-ci ilədək 5 milyon barel artaraq 56,9 milyon barel (böhrandan əvvəl 51,8 milyon barel olub) səviyyəsinə, 2045-ci ilə qədərisə 74,3 milyon barel səviyyəsinə çatacaq.
banner

Oxşar Xəbərlər