AZE | RUS | ENG |

OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır

OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Bakıdakı iclaslarının martda keçirilməsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
"Martın 17-18-də Bakıda OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC), eləcə də Müştərək Texniki Komissiyanın (JTC) iclaslarının keçirilməsi planlaşdırılır”, - deyə M.Barkindo bildirib.
Qeyd edək ki, iclaslarda neft hasilatının azaldılmasına dair sazişə sadiqlik və bu razılaşmanın neft bazarına təsirləri müzakirə olunacaq.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Bu il yanvarın 1-dən qüvvədə olan və 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azaltmağa razılıq verib. Bu qərara əsasən, Azərbaycan gündəlik neft hasilatının bu aydan etibarən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917