• cümə, 29 Mart, 14:11
  • Baku Bakı 14°C

OPEC hasilatın dondurulması müddətinin uzadılması razılığına gəlib

11.05.17 09:20 1003
OPEC hasilatın dondurulması müddətinin uzadılması razılığına gəlib
OPEC-ə üzv ölkələr neft hasilatının dondurulmasının müddətinin uzadılmasına dair razılığa gəliblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunuİraqın Neft naziri Cabbar əl-Laibi bəyan edib.
"Razılıq mövcuddur. Çünki bu qiymətlərin sabitləşməsinə gətirib çıxaracaq. Bu, o cümlədən bizim ölkənin büdcəsinə müsbət təsir göstərəcək”, deyə nazir bildirib.
Onun sözlərinə görə, razılaşmanın müddətinin uzadılması məsələsinə mayın 25-də Vyanada keçiriləcək OPEC-in növbəti görüşündə baxılacaq.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər