• cümə, 29 Mart, 09:59
  • Baku Bakı 5°C

OPEC Azərbaycanla əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirəcək

18.04.18 11:45 657
OPEC Azərbaycanla əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirəcək
OPEC Azərbaycanla əməkdaşlıq üçün yeni perspektivlər müəyyən etmək niyyətindədir.
"APA-Economics” xəbər verir ki, bu barədə təşkilatın baş katibi Məhəmməd Barkindonun Azərbaycan prezidentiİlham Əliyevə yenidən dövlət başçısı seçilməsi münasibətilə ünvanladığı təbrik məktubunda qeyd olunub.
M. Barkindo martın 18-19-da Azərbaycanda çox səmərəli danışıqlar keçirdiyini bildirib. "Bu danışıqlar yeni imkanlar açır. OPEC üzvləri Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər müəyyənləşdirməyi düşünürlər,” – deyə.
Baş katibİlham Əliyevə 2016-cı ildə dünya neft bazarında sabitliyin bərpasında əhəmiyyətli rol oynayan neft hasilatının azaldılması ilə bağlı razılığa dəstək verdiyi üçün təşəkkürünü bildirib.
banner

Oxşar Xəbərlər