• cümə, 29 Mart, 08:47
  • Baku Bakı 5°C

Onur Öymən: Protokollarla bağlı açıqlama ölünün dəfn edilməsinə bənzəyir

03.03.18 15:45 1423
Onur Öymən: Protokollarla bağlı açıqlama ölünün dəfn edilməsinə bənzəyir
TürkiyəXarici İşlər Nazirliyi icra aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının keçmiş millət vəkili, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis Onur Öymənin APA-ya müsahibəsi
-Bir neçə gün qabaq Ermənistanprezidenti 2009-ci ilin avqustun 31-dəTürkiyə hökuməti ilə İsveçrədə imzalananprotokolların tamamilə ləğv edildiyini açıqladı.2009-cu ilin oktyabrın 9-da Sürix protokollarının imzalanmasına qarşıçıxmış vəimzalanmadan sonra da bumübarizənizi davam etdirmişdiniz. 9ildən sonra bu barədə nə demək istərdiniz?
- Ermənistanın Türkiyəyə qarşı bu qədər əsassız iddiası olduğu, qardaş Azərbaycanın torpaqlarını uzun müddətdən bəri işğal altında saxlayıbXocalısoyqırımını törətdiyi halda, o ölkə ilə münasibətləri "normallaşdırmağın” absurd olduğunu o vaxt da dəfələrlə demişdik. "Sürix protokolları" işin əvvəlindən ölü doğulan uşaq idi. İmza mərasimindən bir neçə ay sonra Ermənistan Konstitusiya məhkəməsi protokolların Ermənistanın müstəqillik bəyannaməsinin ruhuna zidd olduğunu səbəb göstərərək icra edilə bilməyəcəyinə dair qərar qəbul etmiş, onları rəsmən zibilliyə atmışdı. O vaxt dəfələrlə Sürix protokollarınıTürkiyə Böyük Millət Məclisinin də gündəliyindən çıxarılmasını təklif etmişdim. Millətin qəbul etmədiyi bir məsələnin Məclis gündəmində qalmasının mənası yox idi. Ermənistan dövlət başçısının açıqlaması ölünün dəfn edilməsinə bənzəyir. Türk diplomatlarını qətlə yetirmiş ASALA terror təşkilatının üzvlərinə abidə qoyan bir ölkə ilə hansısa protokol imzalayaraq münasibətləri "normallaşdırmağa” çalışmağın heç bir mənası yoxdur, ola da bilməz. Ermənistan dövlət başçısı 9 il əvvəl bizim təxmin etdiyimiz qərarı açıqladı.
-Yəni, bundan sonra Türkiyə ilə Ermənistan arasındakı münasibətləri "normallaşdırmaq” istəyənlər Sürix protokollarının aqibətini unutmamalıdırlar, eləmi?
- Əlbəttə. Türkiyənin ərazi bütövlüyünü tanımayaraq, bizdən torpaq istəyən, qondarma "soyqırım” iddiaları ilə bizə böhtan atan, qardaş Azərbaycanın torpaqlarını işğal altında saxlayıb orada türklərə qarşı soyqırım törədən bir ölkə ilə hansı münasibətlərin normallaşmasından söhbət gedə bilər? Diplomatlarımızı şəhid etmiş terrorçulara abidə qoyan bir ölkə ilə münasibətləri necə "normallaşdıra” bilərik?
-Sürix protokollarının tamamilə ləğv edilməsiilə bağlıErmənistanın qəbul etdiyi qərar bundan sonrakı mərhələdə Türkiyə ilə Azərbaycanın öz qüvvələrini inteqrasiya etməsinə necə təsir göstərəcək?
- Qüvvələrimizi bütün sahələrdə birləşdirməliyik. Türkiyə beynəlxalq arenada hər gün yorulmadan Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı məsələni və ermənilərin törətdikləriXocalısoyqırımını gündəmə gətirməlidir. Bəs, qardaş qardaşı necə müdafiə etməlidir, onun haqlarını necə qorumalıdır? Türkiyə bu məsələlərin bir an belə dünyanın gündəmindən çıxmasına icazə verməməlidir.BMTTəhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün Türkiyə əlindən gələn hər şeyi etməlidir. İşğal altındakı 7 rayonun taleyi daim dünyanın gündəmində olmalıdır.
-Son günlər Hollandiya parlamentinin qondarma"ermənisoyqırımı”nıtanımasına dair qərarını və İsveçdəki yerli məhkəmənin "erməni soyqırımı” abidəsi qoyulmasıüçün bələdiyyənin tələbini rədd etməsini necə şərh edərdiniz?
- Hollandiyadan əvvəl- 2016-cı il iyunun əvvəlində Almaniya Bundestaqı da qondarma "erməni soyqırımı”nı tanıyan qərar qəbul etmişdi. Bu qərarların hamısı qanunlara və beynəlxalq hüquqa ziddir. Hollandiya özünü beynəlxalq cəza hüququnun mərkəzi saysa da parlamentin bununla bağlı qəbul etdiyi qərarının təməli yoxdur. Çünki, bir hadisənin soyqırım kimi tanına bilməsi üçün onunla bağlı ya bir yerli məhkəmə, ya daBMT-nin müəyyənləşdirdiyi müstəqil beynəlxalq məhkəmə hökm verməlidir. 1915-ci il hadisələri ilə bağlı belə qərar olmadığı kimi, Perinçək-İsveçrə çəkişməsində də Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin "soyqırım” kimi xarakterizə edilə bilməyəcəyinə işarə etmişdi. Ona görə parlamentlərin o qərarlarının heç bir mənası yoxdur. İsveç məhkəməsi isə düzgün qərar qəbul edib. Bələdiyyələr "soyqırım”a dair qərar qəbul edə bilməz, öz ərazilərində "soyqırım” abidəsi ucaltmağa da bələdiyyələrin səlahiyyəti yoxdur. Avropa da, dünya da bunu getdikcə daha yaxşı başa düşəcək.
banner

Oxşar Xəbərlər