• şənbə, 20 Aprel, 14:19
  • Baku Bakı 23°C

Onunla müqavilə bağlanıb, 30 iyundan qüvvədədir

05.09.17 13:10 974
Onunla  müqavilə bağlanıb, 30 iyundan qüvvədədir
"Barselona”nın prezidenti Xosep Mariya Bartomeu Lionel Messi ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Bartomeu Messi ilə yeni müqavilə bağlandığını bildirib. O, yeni müqavilənin iyunun 30-dan qüvvədə olduğunu vurğulayıb. Prezident müqavilənin bəzi detallarını da açıqlayıb:
"Hər kəsi sakitləşdirə bilərəm. Hər şey razılaşdırılıb və imzalanıb. Biz 3 müqavilə bağlamışıq. Bir müqavilə Messi fondu ilə bağlanıb. Bu müqaviləni fondun prezidenti və futbolçunun qardaşı imzalayıb.
İkinci müqavilə Messinin imicindən istifadə qaydaları ilə bağlıdır. Bu müqavilə onun atası ilə imzalanıb.
Digəri isə əmək müqaviləsidir ki, onu da Leonun atası imzalayıb. Müqavilə iyunun 30-dan qüvvədədir”.
Bartomeu bildirib ki, Messi Argentina yığmasının düşərgəsindən qayıtdıqdan sonra yeni müqavilə ilə bağlı rəsmi açıqlama veriləcək.
banner

Oxşar Xəbərlər